Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6398
az

Oğlu faciəli şəkildə ölən, həyat yoldaşı həbsxanada olan anadan ürəkdağlayan müraciət

13:5924 Oktyabr, 2018
2525
CƏMİYYƏT
  • A
  Sentyabrın  23-də Sumqayıt  şəhər sakini  Mirsəfər  Əliyevin faciəvi şəkildə ölməsi məlumat vermişdik. Xatırlatma üçün qeyd edək ki, 28 yaşlı Mirsəfər yaşadıqları binadan naməlum şəkildə yıxılaraq həyatını itirib. ( HADİSƏNİN TƏFƏRRÜATI  LİNKDƏ  
https://oxu24.com/kirminal/5917-krp-vladn-pbzn-9-cu-mrtbdn-atd-sumqayitda-qan-donduran-nthar-fotolar.html" target="_blank">...

Yenicə ailə həyatı quran gəncin bir azyaşlı övladı var.

Oxu24.com xəbər  verir ki, Mirsəfər Əliyevin  atası Mirabdulla  Əliyev bir neçə  il bundan əvvəl  törətdiyi  avtomobil  qəzasına görə həbs olunub. Hazırda  cəzasını  çəkir. Ailənin durumu olduqca acınacaqlı olduğu üçün Mirsəfər  Əliyevin  anası Ənibəs Əliyeva  Ədliyyə naziri  cənab  Fikrət Məmmədova müraciət edib. Bir oğlunu faciəli şəkildə itirən, həyat yoldaşı həbsxanada olan köməksiz qadın Ədliyyə nazirindən  həyat  yoldaşının oğlunun 40 mərasimində  iştirak etməsi  üçün müvəqqəti azadlığa buraxılmasını xahiş edib.  Həmin  müraciəti təqdim edirik:

“Hörmətli cənab  nazir! Mən  iki övladım  üçün odlara  girən  bir  ana  olmuşam. Gecələr  yatmayıb, rahat  yuxu  görmədim. Onları cəmiyyətimizə  layiq  bir  insan  olmaq  üçün  böyüdüb, tərbiyə  elədim. İndi  həyatda  ümidim, dayağım  olan  yeganə  oğlumu  itirdim. Bu həyatın  mənim  üçün  artıq  mənası  qalmayıb. Lakin  balamın  balası  böyüyür. İki  aylıqdır  indi. Özüm  onkoloji  xəstəyəm. Həyat  yoldaşım Mirabdulla  Əliyev  də, təsadüfən  ehtiyatsızlıqdan  yol  qəzası  törədib. Əlbəttə, bir  insanı həyatdan  məhrum  etmək ağır  günahdır. Mənim həyat  yoldaşım  bu  hadisəni bilərəkdən törətməyib. Mirsəfər  ona telefon açanda “Oğul, səsinə qurban olum” deyirdi. Mən  türmədə  görüş alıb, ərimin yanına getdim. Nəvəsini ilk dəfə qucağına verdim. Mirsəfəri soruşanda dedim ki, o daha yoxdur!!! Siz özünüz də atasınız, yəqin ki, oğul atasının həmin sözü eşidərkən hansı dəhşətli hisslər keçirməsini yaxşı anlayarsınız. Və nə qədər ağır olsa da, mən Mirsəfərin atasına o xəbəri verdim...İndi türmədə psixoloqlar, həkimlər Mirabdullaya nəzarət edirlər. İnsan kimi ondan qayğılarını əsirgəmirlər. Axı mənim həyat yoldaşım cinayətkar deyil, ehtiyatsızlıqdan qəza törədib. Noyabrın  2-də Mirsəfərimin 40 mərasimidir. Sizdən acizanə  surətdə xahiş edirəm ki, onun oğlunun yas yerində iştirak etməsinə icazə verəsiniz. Artıq mənim gücüm qalmayıb. Mən heç Mirsəfərin yadigarını da qucağıma götürməyə gücüm yoxdur. Gəlinim də, mən də, atası da Mirsəfərin hesabına dolanırdıq. İndi bizim çörək gətirənimiz də yoxdur. Sizdən ikinci bir xahişim də odur ki, Azərbaycanın humanist qanunları çərçivəsində, Siz humanistlik göstərib, ərimin cəzasının çəkilməmiş hissəsindən azad edib, evə göndərin. Bəlkə o evdə olarsa, gəlinim və nəvəmə kömək edər. Biz köməksiz və kimsəsiz qalmışıq! Lakin mən dövlətimizə, prezidentimizə və qanunlarımıza inanıram. İnanıram ki, mənim bu böyük və həlli çətin olan problemimin həll olunmasında mənə və körpə balama, cavan gəlinimə bir ata qayğısı, böyük qayğısı göstərib, bizi nəzərdə saxlayacaqsınız. Tanrı  Sizi  gözlənilməyən  qəzalardan hifz etsin!”


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ